
BAKI, 15 mart. TELEQRAF.
ABŞ Prezidenti Donald Tramp İraqda "İslam Dövləti" qruplaşması liderlərindən birinin məhv edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Truth Social-da yazıb.
Prezident bildirib: “Bu gün İŞİD-in İraqdakı fərari lideri cəsur əsgərlərimiz tərəfindən öldürülüb".
O, həmçinin qeyd edib ki, əməliyyat İraq hökuməti və İraq Kürdüstanının hakimiyyət orqanları ilə koordinasiya əsasında həyata keçirilib.
Martın 14-də İraqın Baş naziri və ali baş komandanı Məhəmməd əs-Sudani "İslam Dövləti"nin Əbu Xədicə ləqəbli liderlərindən birinin zərərsizləşdirildiyini elan edib. Onun sözlərinə görə, İraq təhlükəsizlik qüvvələri bu əməliyyatı beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə həyata keçirib.