BAKI, 2 mart. TELEQRAF

Suriyanın təhlükəsizlik qüvvələri Dürzilərin məskunlaşdığı Jaramana şəhərini mühasirəyə alaraq, oradakı yaraqlılardan silahlarını yerə qoymağı və qurduqları nəzarət-buraxılış məntəqələrini dağıtmağı tələb edib.

Teleqraf "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, silahlı qruplara verilən ultimatum beş gündən sonra başa çatır.

Bundan əvvəl daxili işlər idarəsinin regional rəisi, polkovnik Hussam əl-Tahan bildirib ki, Jaramanada atışma zamanı biri zabit olmaqla iki polis həlak olub.