BAKI, 1 oktyabr. TELEQRAF
Beynəlxalq Kosmik Stansiyada (BKS) olan “Crew-12” missiyasının heyətini daşıyan “Crew Dragon” kosmik gəmisi oktyabrın 5-dən tez Yerə qayıtmayacaq.
Teleqraf xəbər verir ki, bunu NASA-nın aşağı Yer orbitində həyata keçirilən proqramlar üzrə rəhbəri Dana Vaygel mətbuat konfransında bildirib.
“Əgər ‘Crew-13’ missiyasının buraxılışı oktyabrın 1-də baş tutarsa, ‘Crew-12’nin stansiyadan ayrılması üçün ən erkən tarix oktyabrın 5-i olacaq”, – o qeyd edib.
NASA-nın pilotlu kosmik uçuşlar üzrə rəhbər müavini Lori Qleyz isə bildirib ki, yeni heyət BKS-yə çatdıqdan sonra qısa müddətdə stansiyadakı şəraitə uyğunlaşacaq. Bundan sonra ekipajların növbə dəyişikliyi həyata keçiriləcək və “Crew-12” gələn həftənin əvvəlində Yerə qayıtmağa hazırlaşacaq.
Qeyd edək ki, “Crew-12” missiyasının heyəti fevralın ortalarından etibarən BKS-də fəaliyyət göstərir. Heyətə Rusiyanın “Roskosmos” korporasiyasının kosmonavtı Andrey Fedyayev, NASA astronavtları Cessika Meir və Cek Hetevey, həmçinin Avropa Kosmik Agentliyinin astronavtı Sofi Adeno daxildir.