BAKI, 1 oktyabr. TELEQRAF

Suriyanın Homs əyalətindəki Masyaf körpüsü yaxınlığında naməlum silahlı şəxslərin avtobusa atəş açması nəticəsində ən azı yeddi nəfər ölüb, dörd nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, daxili təhlükəsizlik qüvvələri və mülki müdafiə bölmələri ərazini mühasirəyə alıb.

Suriya daxili təhlükəsizlik qüvvələri araşdırmaya başlayıb. Hadisənin motivləri hələlik açıqlanmayıb.