BAKI, 30 sentyabr. TELEQRAF

Zimbabvedə yeddi nəfəri daşıyan vertolyot qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində sağ qalan olmayıb.

Vertolyotun göyərtəsində ölkənin tanınmış biznesmeni ilə yanaşı daha dörd sərnişin və iki pilot olub.

Hadisənin baş vermə səbəbi araşdırılır.