BAKI, 30 sentyabr. TELEQRAF
Səudiyyə Ərəbistanında təcili eniş edən Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin sərnişinləri İsrailə çatıblar.
Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanından qalxan "Emirates" aviaşirkətinin "Flydubai" təyyarəsi İsrail hava məkanına daxil olub və bir müddət sonra Ben Qurion hava limanına eniş edib.
Sərnişinləri onların qohumları, jurnalistlər və bir neçə təcili yardım maşını qarşılayıblar.
"N12" telekanalının verdiyi məlumata görə, İsrailin nəqliyyat naziri Miri Regev Hava Limanları İdarəsinə repatriasiya reysindəki hər bir sərnişinin evlərinə heç bir problem olmadan çata bilməsi üçün transfer xidməti göstərməyi tapşırıb.
Məlumata görə, təhlükəsizlik xidmətləri əvvəllər israilliləri təxliyə etmək üçün Səudiyyə Ərəbistanına gələn "Flydubai" pilotlarının tərcümeyi-halını araşdırıb. İlkin ehtimala əsasən, pilotlardan biri təyyarə ilə terror aktı törətməyə cəhd edib. Digər pilot ona mane olub.
İsrail müdafiə naziri İsrael Katz "Flydubai" təyyarəsində baş verən hadisəni təyyarəni və bütün sərnişinləri məhv etməyə yönəlmiş terror aktı cəhdi adlandırıb.