BAKI, 1 oktyabr. TELEQRAF
ABŞ administrasiyası Rusiyaya yeni səfir vəzifəsinə konkret namizədlə bağlı hələ qərar verməyib.
Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyinə diplomatik mənbə məlumat verib.
“Hazırda aqreman üçün müraciət edilməyib, ABŞ namizədlə bağlı qərar verməyib”, – mənbə bildirib.
Qeyd edək ki, ABŞ-nin Rusiyadakı əvvəlki səfiri Linn Treysi olub. ABŞ-nin Moskvadakı səfirliyi 2025-ci il iyunun 27-də Treysinin Rusiyadakı diplomatik fəaliyyətini başa vuraraq ölkəni tərk etdiyini açıqlayıb.
Xatırladaq ki, diplomatik praktikada aqreman bir dövlətin təyin etmək istədiyi səfirin qəbuluna ev sahibi ölkənin əvvəlcədən verdiyi razılıqdır.