Danimarkanın Moskvadakı səfiri Rolf Holmboe Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfirə Danimarka Hərbi Hava Qüvvələrinə məxsus helikopterin Rusiya Baltik Donanmasına məxsus gəmiyə qarşı hərəkətləri ilə əlaqədar etiraz bildirilib.

"30 sentyabrda Danimarkanın Rusiya Federasiyasındakı səfiri Rolf Holmboe Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Danimarka tərəfinə Danimarka Hərbi Hava Qüvvələrinə məxsus "Fennec" helikopterinin 14 sentyabrda cənub-qərbi Baltik dənizindəki neytral sularda Baltik Donanmasının "Soobrazitelny" korvetinə qarşı qeyri-peşəkar və təxribatçı hərəkətləri ilə bağlı sərt etiraz bildirilib", - deyə məlumatda bildirilir.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, sözügedən təyyarə Rusiya gəmisinə təhlükəli dərəcədə yaxınlaşıb və üzərində 50 metrdən az hündürlükdə dayanıb, naviqasiya təhlükəsizliyi üçün real təhlükə yaradıb: "Rusiya heyəti tərəfindən beynəlxalq tezliklərdə dəfələrlə verilən vertolyotun təhlükəli hündürlüyü ilə bağlı bütün xəbərdarlıqlara məhəl qoyulmayıb. Diqqəti cəlb etmək üçün korvet vertolyotun əks istiqamətində iki dəfə alov atəşi açıb, bundan sonra təxribatçı hərəkətlərini dayandırıb və ərazini tərk edib. Yuxarıda qeyd olunan faktlar obyektiv monitorinq məlumatları ilə təsdiqlənir və şübhə doğurmur", - deyə nazirlik bildirib.

Danimarkalı diplomata Rusiya tərəfinin Danimarka Hərbi Hava Qüvvələrinə məxsus helikopterin təhlükəli manevrlərini BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirdiyi bildirilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.