
BAKI, 22 fevral. TELEQRAF
Lənkəran şəhərinin Əşlə kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və damına yığılan 0,5 ton ot bağlaması yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tövlənin, ot bağlamalarının qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Sabirabad rayonunun Qaralar kəndində ümümi sahəsi 180 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.