BAKI, 7 avqust. TELEQRAF
İran və Oman Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
ABŞ tezliklə müqavilənin imzalanacağını gözləyir .
Agentliyin mənbəsi bildirib ki, kommersiya gəmiçiliyinin maneəsiz bərpası ilə bağlı razılaşma elan edilən kimi, ABŞ İran limanlarının blokadasını aradan qaldıracaq. O əlavə edib ki, Vaşinqton istənilən halda İranın öz öhdəliklərini yerinə yetirməsini gözləyəcək.