BAKI, 8 avqust. TELEQRAF

Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətində baş verən silahlı toqquşma nəticəsində azı iki təhlükəsizlik əməkdaşı yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Sham TV" telekanalı məlumat yayıb.

Bildirilib ki, silahlı insident əyalətin cənubunda yerləşən Afes yaşayış məntəqəsində təhlükəsizlik qüvvələri ilə kimliyi açıqlanmayan silahlı şəxslər arasında baş verib.

Hadisənin səbəbi və digər təfərrüatlar barədə hələlik əlavə məlumat verilməyib.