BAKI, 8 avqust. TELEQRAF

“İran hakimiyyəti Hörmüz boğazını ancaq ABŞ Tehranın şərtlərini qəbul etdiyi və regionun daxili işlərinə müdaxilə etməkdən imtina etdiyi halda gəmilər üçün açacaq”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohəbi bildirib.

“Hörmüz boğazının açılması ABŞ-nin İranın şərtlərini tam qəbul etməsindən və Amerika tərəfinin regional danışıqlar prosesinə müdaxilədən imtina etməsindən asılıdır. ABŞ İranın şərtlərini qəbul edən kimi Hörmüz boğazı açılacaq”, - o bildirib.