MİNGƏÇEVİR, 8 avqust. TELEQRAF

Bu gün Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" açıq suda üzmə yarışı keçirilib.

Teleqraf xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

Sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil olunan "Kürü keçək?!" yarışı Mingəçevirdə artıq 5-ci dəfə təşkil edilib.

Yarış 12 yaşdan 75 yaşadək üzgüçüləri bir araya gətirib. Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə təşkil olunub – 350 metr və 1000 metr. İştirakçılar kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə mübarizə aparıblar.

Gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışda qalib adını qazananlar bunlardır:

350 metr:

12-17 yaş (qızlar)
1. Aleksandra Slepenko

12-17 yaş (oğlanlar)
1. Yusif Sofiyev
⁠
18-23 yaş (qızlar)
1. Gülarə Nəzərova

18-23 yaş (oğlanlar)
1. Matsvey Danilau

24-35 yaş (qızlar)
1. Tubu Abdulzade

24-35 yaş (oğlanlar)
1. Hüseyn İsnayıllı

36-55 yaş (qadınlar)
1. Yelena Dubentsova

36-55 yaş (kişilər)
1. Roman Vladıka
⁠
56-70 yaş (qadınlar)
1. Natalya Baykova

56-70 yaş (kişilər)
1. Pyotr Kuvshinov

71 yaşdan yuxarı (kişilər)
1. Vaqif Nəsibov

1000 metr:

12-17 yaş (qızlar)
1. Məryam Cavadova

12-17 yaş (oğlanlar)
1. Fərhad Şirməmmədli
⁠
18-23 yaş (qızlar)
1. Alisa Belaya

18-23 yaş (oğlanlar)
1. Səid Həmidov

24-35 yaş (qızlar)
1. Fatimə Alkərəmova

24-35 yaş (oğlanlar)
1. Zaur Arkaniya

36-55 yaş (qadınlar)
1. Natalya Mordasova

36-55 yaş (kişilər)
1. Roman Qalavatskiy
⁠
56-70 yaş (qadınlar)
1. Olena Timçenko

56-70 yaş (kişilər)
1. Anatoliy Baykov

Qaliblərə mükafatları Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev və digərləri təqdim ediblər.

***

14:24

Mingəçevirdə keçirilən “Kürü keçək?! 5” açıq suda üzmə yarışında 1000 metr məsafə üzrə mübarizəyə start verilib.

Teleqraf xəbər verir ki, Kür çayında təşkil olunan yarışın bu məsafəsində 111 iştirakçı qüvvəsini sınayır.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda kişilər və qadınlar 6 yaş kateqoriyası üzrə mübarizə aparırlar.

Qeyd edək ki, “Kürü keçək?! 5” bu il ilk dəfə iki məsafə üzrə keçirilir. Ümumilikdə 616 nəfərin qatıldığı yarışda 505 iştirakçı 350 metr məsafədə üzəcək. Yarışın ən gənc iştirakçısı 12, ən yaşlısı isə 79 yaşındadır.

***

13:32

Mingəçevirdə Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Kür çayında “Kürü keçək?! 5” açıq suda üzmə yarışına start verilib.

Teleqraf xəbər verir ki, sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə keçirilən yarış bu il rekord sayda iştirakçını bir araya gətirib.

İlk olaraq 350 metr məsafəyə üzmə yarışına start verilib.

Ümumilikdə 616 nəfərin qatıldığı yarışda ən gənc iştirakçının 12, ən yaşlının isə 79 yaşı var.

Bu il ilk dəfə yarış iki məsafə üzrə təşkil olunur. 111 iştirakçı 1000 metr, 505 iştirakçı isə 350 metr məsafədə mübarizə aparacaq.

Kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilən yarışda hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaq.