BAKI, 8 avqust. TELEQRAF

“İraqın şimalı mindən çox raket və dron hücumuna məruz qalıb və bu hücumlar birbaşa İrandan, yaxud İraq daxilindən bəzi silahlı qruplar tərəfindən həyata keçirilib”.

Teleqraf xəbər verir ki, bunu İraq Kürd Muxtariyyətinin baş naziri Məsrur Bərzani deyib.

Bərzani Ərbilin əsas istəyinin münaqişələrdən kənarda qalmaq olduğunu bildirib:

“Bizim yeganə istəyimiz Kürdüstan bölgəsini (İraqın muxtar vilayətini nəzərdə tutur – red.) qorumaq və onu hər cür münaqişədən uzaq tutmaqdır”.