“Serbiya BMT Nizamnaməsinə uyğun olaraq Ukraynanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir, bu məsələdə “amma” yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradda ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

“Müxtəlif mövzuları müzakirə etdik. Ən vacibi odur ki, Serbiya və mən BMT Nizamnaməsinə və qətnamələrinə dəstəyimizi vurğulayırıq və bu, bütün BMT üzvlərinin, eləcə də Ukraynanın ərazi bütövlüyünə aiddir”, - Vuçiç qeyd edib.

Prezident həmçinin Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Ukraynaya təşəkkür edib:

“Öz tərəfimizdən biz bu prinsipial siyasəti davam etdirəcəyik, bu məsələdə “amma” yoxdur. Mən bunu əvvəllər də demişəm, indi də çox aydın və qətiyyətlə təkrarlayıram”.