BAKI, 8 avqust. TELEQRAF

Böyük Britaniya xarici işlər naziri Ed Milibend ermənistanlı həmkarı Ararat Mirzoyanı "Vətəndaş Müqaviləsi" partiyasının parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, britaniyalı nazir iyunun 7-də Ermənistanda keçirilən seçkilərin nəticələri ilə bağlı həmkarına təbrik məktubu ünvanlayıb.

E.Milibend məktubunda iki ölkə arasındakı əlaqələrə toxunaraq qeyd edib:

"Strateji tərəfdaşlığımızın qurulması Böyük Britaniya və Ermənistan münasibətlərində yeni səhifə açıb və ortaq hədəflər ətrafında daha dərin əməkdaşlıq üçün imkan yaradıb. Ümid edirəm ki, komandalarımız bu vacib işi irəli aparmaq üçün sıx şəkildə birlikdə çalışmağa davam edəcəklər".