BAKI, 8 avqust. TELEQRAF
Belçika millisinin hücumçusu Romelu Lukaku karyerasını Türkiyədə davam etdirə bilər.
Teleqraf "TRT Spor"a istinadla xəbər verir ki, “Napoli”nin forvardı “Fənərbağça”ya təklif olunub.
Belçika millisinin tarixində ən çox qol vuran LukakuTürkiyədə oynamaq variantına müsbət yanaşır.
Qeyd edək ki, “Fənərbağça” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Avstriyanın “Şturm Qraz” klubunu İstanbulda 2:0 hesabı ilə məğlub edib.
Türkiyə təmsilçisi hücum xəttini gücləndirmək məqsədilə transfer çalışmalarını davam etdirir.