BAKI, 8 avqust. TELEQRAF
Almaniyanın Saksoniya əyalətinin Plauen şəhərində Kansler Fridrix Mertsin hökumətinin istefası tələbi ilə nümayiş başlayıb.
Teleqraf xəbər verir ki, “Projekt M1llion” etiraz hərəkatı ölkə üzrə tərəfdarlarını səfərbər edərək, aksiyada təxminən 10 min nəfərin iştirak etdiyini açıqlayıb.
Etirazçılar federal hökumətin istefasını və növbədənkənar seçkilərin keçirilməsini, elektrik və qaz tariflərinin aşağı salınmasını, televiziya-radio yayım sistemində islahatların aparılmasını, cinayət törətmiş və qanunsuz miqrant olan bütün məhkumların dərhal ölkədən çıxarılmasını tələb edirlər.
Bir sıra təşkilatlar buna cavab olaraq demokratiya və tolerantlığı dəstəkləyən aksiyalar keçirməyə başlayıblar.
Şəhərin ober-burqomistri Şteffen Zenner bundan əvvəl dinc etirazlara və təxribatlara yol verilməməsinə çağırıb.
Polis hələlik aksiyalarda iştirak edənlərin sayı ilə bağlı rəsmi məlumat açıqlamayıb.