BAKI, 8 avqust. TELEQRAF
“ABŞ və İsrailin məğlubiyyəti xarici qüvvələrin regionda təhlükəsizliyin pozulmasının əsas səbəbi olduğu və bölgədən çıxmalı olduqları düşüncəsini daha da gücləndirib”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişinin imzalanmasından sonra İran Ali rəhbəri Müctəba Xameneinin müşaviri Əli Əkbər Vilayəti sosial mediada yazıb.
“Region ölkələri öz aralarında əməkdaşlığı artırmaqla təhlükəsizliyi təmin edə bilərlər”, - o qeyd edib.
Vilayəti paylaşımının sonunda “Hörmüz boğazı” və “Bab əl-Məndəb” həştəqlərindən istifadə edib.