BAKI, 7 avqust. TELEQRAF
Bu gün Ermənistanın Stepanavan şəhərində xilasedicilər bir qadının intihar cəhdinin qarşısını alıblar.
Teleqraf xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, saat 17:30 radələrində Stepanavan şəhərində bir qadının Balayan körpüsündən özünü ataraq intihar etməyə hazırlaşdığı barədə məlumat daxil olub.
Xilasedicilər çeviklik və səriştəli iş nümayiş etdirərək qadının bu addımının qarşısını ala biliblər.
Xilas edilən qadın Rusiya vətəndaşı İrina P.-dir.