BAKI, 8 avqust. TELEQRAF
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Qara dənizdə yerləşən “Sivaş” qazma qurğusunun müşahidə məntəqəsinə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya “Sivaş” qazma qurğusundan Qara dəniz akvatoriyasında texniki müşahidə vasitələrini yerləşdirmək və onların fəaliyyətini təmin etmək üçün istifadə edir.
Ukrayna ordusunun Baş Qərargahı Rusiyanın Krasnodar vilayətində “İlski”, Samara vilayətində isə “Sizran” neft emalı zavodlarının vurulduğunu da təsdiqləyib.