BAKI, 19 fevral. TELEQRAF

ABŞ Prezidenti Donlad Tramp bildirib ki, Kiyev münaqişənin nizamlanması üçün danışıqlara qatılmaq istəyirsə, seçkilərə getməyə məcburdur.

Teleqraf xəbər verir ki, Tramp jurnalistlərlə söhbətində Volodimir Zelenskinin populyar olmadığına da diqqət çəkib.

Trampın sözlərinə görə, təkcə Rusiya deyil, dünyanın bir çox ölkələri Ukraynada prezident seçkilərinin keçirilməsini istəyirlər.