BAKI, 18 fevral. TELEQRAF

Nasist Almaniyası ilə Sovet İttifaqı arasında paralellər aparmaq cəhdləri tamamilə əsassızdır və bu, Ukraynadakı neonasist rejiminin qaçılmaz məğlubiyyətindən yaranan qorxudan irəli gəlir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Heç bir əsaslandırma olmadan nasist Almaniyası ilə Sovet İttifaqı arasında paralellər aparmaq cəhdləri artıb. Bütün bunlar Avropa İttifaqı və NATO-nun Ukraynadakı nasistlərin qaçılmaz çökməsindən və öz xalqları qarşısında məsuliyyətdən qorxmasından irəli gəlir", - o qeyd edib.