BAKI, 18 fevral. TELEQRAF

Çexiya, Rumıniya və Slovakiya Avropa liderlərinin Parisdə keçirilən fövqəladə sammitinə dəvət edilmədiklərinə görə narazıdırlar.

Teleqraf xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

Qəzetin yazdığına görə, Çexiya və Rumıniya hakimiyyət orqanları bundan məyus olduqlarını bildiriblər.

Rumıniya prezidentinin müşaviri Kristian Diakonesku qeyd edib ki, respublika “səylərinə” baxmayaraq dəvət almayıb. “Le Monde” yazır ki, ölkə yerləşdiyi yerə görə Kiyevə silah tədarükü üçün mühüm mərkəzə çevrilib.

Sloveniya Prezidenti Nataşa Pirc-Musar hesab edir ki, Aİ-nin bu vəziyyətdə davranışı münaqişənin həlli ilə bağlı yanlış siqnallar verir.

“Bu, Avropaya inteqrasiya ruhuna uyğun deyil. Bu bizim istədiyimiz Avropa deyil”, - ölkə rəhbəri bildirib.