BAKI, 18 fevral. TELEQRAF

Kosta-Rika qeyri-qanuni mühacirlərin repatriasiyası məsələsində ABŞ ilə əməkdaşlığa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Kosta-Rika prezidenti Rodriqo Çavesin administrasiyası "X" sosial şəbəkəsində məlumat yayıb.

“Kosta-Rika hökuməti 200 qeyri-qanuni immiqrantın öz ölkəsinə qaytarılmasında ABŞ ilə əməkdaşlığa razılıq verib”, - deyə məlumatda qeyd olunub.

Kosta-Rika fevralın 19-da Hindistan və Mərkəzi Asiyadan olan qeyri-qanuni immiqrantları ABŞ-dən qəbul edərək Korredores kantonundakı miqrantlara xidmət mərkəzinə yerləşdirəcək və sonra onlar öz ölkələrinə göndəriləcəklər.

Dərc edilmiş sənədə əsasən, qeyri-qanuni mühacirlərin repatriasiyası ilə bağlı bütün xərcləri Amerika tərəfi öz üzərinə götürəcək.