BAKI, 17 fevral. TELEQRAF

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov maraqlı açıqlaması ilə diqqəti çəkib.

Teleqraf xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampın Rusiyaya səfərinə razılıq verildiyini təsdiqləyib.

Jurnalist Pavel Zarubinlə söhbət zaman Kreml nümayəndəsi bildirib ki, Tramp hər an Rusiyaya gələ bilər. Peskovun sözlərinə görə, Rusiya rəhbəri Vladimir Putin özü amerikalı həmkarını Kremlə dəvət edib.

Dövlət rəsmisi deyib ki, ABŞ prezidenti də Vladimir Putini Vaşinqtona çağırıb.