BAKI, 17 fevral. TELEQRAF

ABŞ-nin Atlanta şəhərində kiçik tutumlu təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Teleqraf xəbər verir ki, təkmühərrikli təyyarə havaya qalxdıqdan qısa müddət sonra yaxınlıqda yerə düşüb.

Ölənlərin şəxsiyyəti və olayın səbəbləri araşdırılır.