BAKI, 17 fevral. TELEQRAF

ABŞ-də güclü fırtına baş verib.

Teleqraf “CNN Türk”ə istinadən xəbər verir ki, Tennessi, Kentukki, Virciniya və Corciya ştatlarını vuran qasırğada azı 9 nəfər ölüb.

Dəhşətli fırtına zamanı xeyli sayda evlər, iş yerləri və yolların su altında qaldığı bildirilir.

Hazırda bölgədə axtarış və xilasetmə işləri aparılır.