
BAKI, 16 fevral. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla söhbətindən danışıb.
Teleqraf xəbər verir ki, o, CBS telekanalına müsahibəsində dialoqun təfərrüatlarını bölüşüb.
Rubio deyib: “Mən çox çətin şəraitdə fəaliyyət göstərən Moskvadakı səfirliyimizlə bağlı məsələ qaldırdım. Çünki bu, vacib məsələdir. Səfirliyimiz fəaliyyət göstərməsə, Rusiya ilə hər hansı bir şəkildə qarşılıqlı əlaqə qurmaq çətin olacaq”.
Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, Lavrovun Rusiyanın ABŞ-dəki səfirliyinin işindən də narahatlığını ifadə edib . Rubio qeyd edib ki, bu, onun rusiyalı nazirlə ilk söhbətidir.