BAKI, 16 fevral. TELEQRAF

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində 3 polis əməkdaşı ölüb.

Teleqraf “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Fələstin Daxili İşlər Nazirliyi məlumat verib.

Bildirilir ki, hadisə Rəfah şəhərinin cənubuna endirilən hava hücumu zamanı baş verib.

İsrail tərəfi Qəzza zonasında bir neçə hədəfi vurduqlarını təsdiqləyib.