
BAKI, 16 fevral. TELEQRAF
“Biz işğal altındakı torpaqlarımızı heç vaxt Rusiya ərazisi kimi tanımayacağıq”.
Teleqraf xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”-a müsahibəsində deyib.
Dövlət başçısı vurğulayıb ki, Ukrayna həmin əraziləri hüquqi cəhətdən Rusiyanın bir hissəsi kimi tanıya bilməz: “Torpaqlarımızın işğaldan azad edilməsini diplomatik yolla müzakirə etməyə hazırıq. Nəzərə alaq ki, bizə NATO-ya üzvlük üçün zəmanət verilir”.
Zelenski bildirib ki, hələ də Ukraynanın müharibədə hərbi yolla qalib gələcəyinə inanır: “Buna çox böyük itkilərlə nail ola bilərik. Tərəfdaşlarımız kömək etməsələr, lazımı dəstəyi göstərməsələr, bizim üçün çətin olacaq. Həm də qələbə qazanmağımız çox vaxt aparacaq”.