
BAKI, 16 fevral. TELEQRAF
Moskva vilayətində elektrik qatarında milli zəmində mübahisə atışma ilə başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə rus saytları məlumat yayıb.
Hadisə fevralın 15-də baş verib. Şəhərətrafı qatarda sərnişinlər arasında milli zəmində mübahisə yaranıb. İki gənc və bir qızdan ibarət qrup naməlum kişini təhqir ediblər.
Sərnişin cavabında gənclərin ünvanına sərt ifadələr işlədib. Bundan sonra gənclərdən biri pnevmatik silah çıxararaq, ona bir neçə dəfə atəş açıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Bununla belə, qatardakı şüşədə atəş izləri qalıb. Təhlükəsizlik xidmətinin münaqişənin qarşısını almaq üçün heç bir tədbir görmədiyi qeyd edilir.