BAKI, 15 fevral. TELEQRAF

Rusiya hərbi bazalarının taleyi barədə qərarı Suriya xalqı verəcək.

Teleqraf xəbər verir ki, bunu Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani deyib.

"Rusiya ilə münasibətlərə yenidən baxacağıq. Xalqımız hansı qərarı versə, ona uyğun addım atacağıq", - siyasətçi vurğulayıb.