BAKI, 15 fevral. TELEQRAF

Rusiyanın ictimai xadimi, yazıçı İrina Xakamadanın Moskvanın mərkəzindəki “Savoy” mehmanxanasında keçirilən “texno partisi”nə gələnlər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Mash Telegram kanalı hadisə şahidlərinə istinadən məlumat yayıb.

Qonaqlardan bir neçəsi Moskvanın Meşanski rayonunun daxili işlər şöbəsinə aparılıb. Mash-ın verdiyi məlumata görə, otelin özündə isə içərisində naməlum maddə olan paketlər tapılıb.

Moskvanın mərkəzindəki “Savoy” otelində asayiş keşikçiləri ictimai xadim İrina Xakamadanın ev sahibliyi etdiyi “texno parti”ni dağıdıb.

Kadrlardan görünür ki, iyirmiyə yaxın polis binaya daxil olub, musiqini kəsib və axtarışlara başlayıb. Heyət Xakamadaya və tədbirdə iştirak edən 80-ə yaxın qonağa yerlərindən tərpənməmələrini əmr edib.