BAKI, 15 fevral. TELEQRAF

ABŞ prezidenti Donald Tramp iddia edir ki, Amerika mətbuatı onu Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska qarşı qoymağa çalışır.

Tramp söyləyib: "Mən bunu daim görürəm...İlon mənə zəng etdi və dedi: "Bilirsizniz, onlar bizim aramızı vurmağa çalışırlar. Mən dedim ki, tamamilə haqlıdır" .

Amerika lideri xatırladıb ki, mətbuat tez-tez Trampın ölkə rəhbərliyini Maska təhvil verməsi ilə bağlı xəbərləri “son xəbər” kimi təqdim etməyə çalışır, həmçinin məqalələrdə Maskı prezident adlandırır.

Tramp həmçinin əmin olduğunu bildirib ki, ABŞ vətəndaşları bu cür materialları dərc edən nəşrlərin həqiqətən hansı məqsədlər güddüyünü başa düşürlər.