
BAKI, 14 fevral. TELEQRAF
ABŞ Prezidentinin adminstrasiyası yenə qeyri-adi addımı ilə hər kəsi heyrətləndirib.
Teleqraf xəbər verir ki, 14 fevral Sevgililər gününün şərəfinə Ağ Evin sosial şəbəkələrindəki rəsmi səhifələrində
ironik Valentin təbrikləri yerləşdirilib.
Təbrik qeyri-qanuni miqrantlara ünvanlanıb. Mətndə deyilir ki, onlar tez bir zamanda deportasiya olunacaqlar.
Mətn qısa şeir formasılnda verilib. Sətri tərcümə belədir: "Qırmızı qızılgüllər, göy bənövşələr, sərhəddi qanunsuz keçsəniz, siz deportasiya olunacaqsınız".