
BAKI, 12 fevral. TELEQRAF
Suriyanın Rusiya və İranla əlaqələri sarsılıb, xalqımız bu iki ölkədən ağır yaralar alıb.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın müvəqqəti hökumətinin xarici işlər naziri Əsəd Həsən Şibani bildirib.
Moskva və Tehranla əlaqələrin gələcəyinə toxunan Şibani Rusiyanın Aralıq dənizindəki hərbi bazalarını qorumaq səyləri və İranın Suriyadan “Hizbullah” və digər proksi qrupları üçün silah tranziti nöqtəsi kimi istifadə etməsinə qarşı olduqlarını deyib.
“Suriya xalqı bu iki ölkəyə görə çox ağrılar çəkib. Münasibətlərin bərpası üçün ilk növbədə xalqımız rahatlaşmalıdır”, - nazir vurğulayıb.