
BAKI, 7 fevral. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan müdafiə sənayesi başda olmaqla bir çox sahədə əməkdaşlıq imkanlarının mümkünlüyünü vurğulayıb.
O həmçinin Avropa Birliyinin Suriyaya qarşı sanksiyaları dayandırmasının vacibliyinə toxunub.