
BAKI, 7 fevral. TELEQRAF
Dünyada getdikcə siyasi hakimiyyətlər yaşlı kişilərin əlinə keçir. Hazırda yaşlı kişilərin idarə etdiyi dövlətlər arasında ABŞ, Rusiya, Çin, Hindistan və İran kimi ölkələr var.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Bild” qəzeti yazır.
Nəşr bildirir ki, planetin təxminən 8 milyardlıq əhalisinin 5.4 milyardını və ya 67.5 faizini 70 yaşdan yuxarı kişilər idarə edir.
Hazırda ən yaşlı Kamerun Prezidenti Pol Biyadır. Onun 91 yaşı var və 42 ildir bu postu tutur.
Dünya əhalisinin cəmi 380 milyonunu qadınlar idarə edir. Bu, dünya əhalisinin təxminən 5 faizinə bərabərdir. Hazırda 28 ölkədə qadınlar hakimiyyətdədir, onlardan ən böyüyü Meksika və İtaliyadadır. Ən gənc qadın hökumət başçısı isə İslandiya Baş naziri Kristrun Frostadottirdir. Onun 36 yaşı var.