
BAKI, 12 mart. TELEQRAF
ABŞ Ukraynaya silah tədarükünü şərtlə davam etdirəcək".
Teleqraf xəbər verir ki, bu barədə “Clash Report ” portalı məlumat yayıb.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri ABŞ-nin tədarük edəcəyi silahları yalnız müdafiə məqsədilə istifadə edəcək.
“Birləşmiş Ştatlar Ukraynaya yalnız müdafiə məqsədləri üçün istifadə ediləcəyi şərti ilə döyüş sursatları verməyə razılaşıb”, - məlumatda bildirilir.