BAKI, 12 mart. TELEQRAF

"Rumıniya Konstitusiya Məhkəməsinin Kalin Georgeskunun ölkə prezidentliyinə namizəd olmaqdan məhrum edilməsi barədə qərarı demokratiyaya zərbədir".

Teleqraf xəbər verir ki, bunu Georgesku özünün "Facebook" səhifəsində paylaşımında qeyd edib.

“Baş verənlər onu göstərir ki, biz nə Rumıniyada, nə də Avropada azad deyilik. Görünür, demokratiya və azadlıq tükənir və buna görə də biz həmişəkindən daha çox demokratik və sülh yolu ilə seçimlərimizin vacib olduğunu nümayiş etdirməliyik”, - Georgesku bildirib.

O, tərəfdarlarını digər siyasətçiləri dəstəkləməyə və yeni namizəd siyahılarını imzalamağa çağırıb.