
BAKI, 11 mart. TELEQRAF
Rusiyanın Ukraynanın demilitarizasiyası tələbi ABŞ Prezidenti Donald Trampın təkid etmədiyi nadir tələblərdən biridir.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Tramp Ukraynaya böyük təzyiq göstərir və hələ danışıqlar başlamamışdan əvvəl Moskvanın bir çox tələblərini, o cümlədən Kiyevin NATO- ya üzvlüyünün mümkünsüzlüyünü təsdiqləyib.
Eyni zamanda yüksək səviyyəli Avropa rəsmisi agentliyə deyib ki, demilitarizasiya Trampın təkid etmədiyi bir neçə Rusiya tələblərindən biridir. Qurum rəsmisi bunun gələcəkdə də davam edəcəyinə ümid etdiyini bildirib.