BAKI, 11 mart. TELEQRAF

ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini və Kiyevə təhlükəsizlik yardımını bərpa edəcək.

Teleqraf "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub.

Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanında Amerika və Ukrayna nümayəndə heyətləri arasında Ukraynadakı münaqişənin dayandırılmasına həsr olunmuş danışıqlar keçirilib.