
BAKI, 12 mart. TELEQRAF
Kiyev və Vaşinqton nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra Ukrayna müvəqqəti atəşkəs razılaşmasına hazırdır.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak teleqram kanalındakı paylaşımında qeyd edib.
“Ukrayna 30 günlük müvəqqəti atəşkəsin dərhal tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar Rusiyaya çatdıracaq ki, Rusiya tərəfdən qarşılıqlılıq sülhə nail olmaq üçün açardır”, - Yermak yazıb.