BAKI, 11 mart. TELEQRAF

Dünən gecə Moskva vilayətinə Ukrayna pilotsuz təyyarələrinin kütləvi hücumu günahsız insanları öldürməklə ağalarını razı salmağa çalışan Ukrayna Prezidenti Volodimir Zelenskinin aqoniyasını göstərdi.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumatında qeyd edilib.

“Zelenski rejimi sülh və münaqişənin diplomatik üsullarla həlli üçün tamamilə siyasi iradənin olmadığını nümayiş etdirdi”, - qurum qeyd edib.

Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya regionlarına pilotsuz təyyarələrin hücumuna görə məsuliyyət Ukraynaya silah tədaürkünü davam etdirən bütün dövlətlərin üzərinə düşür. Xarici İşlər Nazirliyi bu işdə iştirak edən və günahkar olanların hamısının cəzalandırılacağına söz verib.

Nazirlikdən bildirilib ki, dron hücumu ilə Kiyev rejimi öz acizliyini nümayiş etdirib.