BAKI, 12 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-Ukrayna nümayəndələrinin Ciddə görüşünün nəticələrini şərh edib.

Teleqraf xəbər verir ki, prezident bu barədə "Telegram" kanalında paylaşım edib.

O paylaşımda bildirib ki, ABŞ nümayəndələri ilə görüşdə onların təklifi 3 hissədən ibarət olub:

"Səudiyyə Ərəbistanında Amerika komandası ilə bizim nümayəndələr arasında görüşdə təklifimiz üç hissədən ibarət idi: Birincisi, səmada, dənizdə və bütün cəbhə boyu atəşkəsin təmin edilməsi; ikincisi, əsir və girovların azad edilməsi və üçüncüsü, diplomatik danışıqların davam etdirilməsi. Komandalarımızın söhbətinin konstruktiv xarakterinə görə Prezident Trampa təşəkkür etmək istəyirəm. Amerika tərəfi təklif edir ki, dərhal ilk addım atılsın. Təkcə Qara dənizdə deyil, həm də bütün cəbhə xətti boyunca raketlər, pilotsuz təyyarələr 30 gün ərzində "sussun".

Ukrayna bu təklifi qəbul edir, biz bunu müsbət hesab edirik, belə bir addım atmağa hazırıq. Yəni biz razıyıq və əgər ruslar razılaşsa, atəşkəs dərhal qüvvəyə minəcək. Ukrayna sülhə hazırdır. Rusiya müharibəni bitirmək və ya müharibəni davam etdirmək istəyini nümayiş etdirməlidir. Tam həqiqətin vaxtıdır. Ukraynaya kömək edən hər kəsə təşəkkür edirəm", - prezident paylaşımında bildirib.