
BAKI, 12 mart. TELEQRAF
ABŞ və Ukrayna nümayəndə heyətləri Ciddədə keçirilən görüşdə mineral ehtiyatların işlənməsinə dair sazişin tezliklə bağlanması barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Kiyevin yaydığı bəyanatda qeyd olunub.
“Biz Ukrayna iqtisadiyyatını gücləndirmək və ölkənin uzunmüddətli rifahını, təhlükəsizliyini təmin etmək üçün mühüm mineral ehtiyatların işlənməsinə dair hərtərəfli sazişi mümkün qədər tez bağlamağa razılaşdıq”, - bəyanatda bildirilir.