
İsveç məktəbində atışma nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, məlumat İsveç polisinin saytında dərc olunub.
Məlumatda deyilir: “Hadisə nəticəsində 10-a yaxın insan həlak olub. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir. Qurbanların dəqiq sayı məlum deyil”.
Ölənlərdən birinin atəş açan şəxs olduğu ehtimal olunur. Hadisəni törədən şəxsin təkbaşına hərəkət etdiyi güman edilir.
Hadisə fevralın 4-ü günorta saatlarında baş verib.
***
18.25
İsveçin Örebro şəhər polisi Risbergska Lisey şəhərciyinə silahlı hücum nəticəsində 4 nəfərin yaralandığını açıqlayıb.
Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, hücumun yerli vaxtla saat 13:30-da baş verdiyi, xəsarət alanlar barədə təfərrüatların hələlik paylaşılmadığı bildirilib.
Digər tərəfdən, bölgədəki insanlar evlərindən çıxmamağa çağırılıb.
Örebro polisinin sözçüsü Lars Hedelin hadisə ilə bağlı istintaqın başladıldığını açıqlayıb.
“Expressen” qəzetinin yazdığına görə, bir nəfərin məktəb şəhərciyinə avtomat silahdan atəş açdığı, yaralananlar arasında hadisə yerinə gedən polislərin də olduğu qeyd edilib.