Donald Tramp administrasiyası tərəfindən elan edilən miqrantlara qarşı irimiqyaslı reydlər Nyu-Yorkda davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

"İmmiqrasiya məmurları və federal agentlər şəhərdə reydlər keçirirlər", -məlumatda deyilir.

Nəşrin məlumatına görə, federallar həm cinayətkarlıqla məşğul olan, həm də qeyri-qanuni formada şəhərdə yaşayan mühacirləri saxlayırlar.