"Rusiya ikitərəfli əməkdaşlıq əsasında qurulmuş Suriya ilə münasibətlərin bütün aspektləri üzrə konstruktiv dialoqa açıqdır".

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz Rusiya-Suriya münasibətlərinin bütün aspektləri üzrə konstruktiv dialoqa açığıq, uzun illər ərzində artıq inkişaf etdirilmiş ikitərəfli əməkdaşlıq möhkəm təməllər üzərində qurulub", - XİN rəhbəri deyib.